"Bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə hiddət hissi doğurur" - İlham Əliyev
"Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - Politoloq
"Levon Ter-Petrosyanın 1993-cü il çıxışının məhz indi ortaya çıxması Azərbaycan üçün çox vacibdir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün yayılan videosunda səsləndirdiyi şovinist fikirlərini şərh edərkən deyib.
"Azərbaycanı irqi ayrı-seçkilikdə, etnik təmizləmədə günahlandıran Ermənistanın keçmiş prezidenti bəyan edir ki, ölkəsində azərbaycanlılara nifrət bəsləyiblər, onlar zorakılıqla Ermənistan və Qarabağdan köçürülüblər. Yəni Ter-Petrosyan Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə apardığını etiraf etməklə yanaşı, bunu həm də ölkəsinin böyük uğuru kimi təqdim edib", deyə Abutalıb Səmədov bildirib.
Ekspertin fikrincə, belə bir çıxışın ortaya çıxması Azərbaycanın beynəlxalq məhkəmələrdə mövqeyini xeyli gücləndirəcək:
"Ter-Petrosyanın həmin çıxışı beynəlxalq məhkəmədə ölkəmiz üçün güclü sübutlardan biri olacaq. Həmçinin, Azərbaycan vətəndaşları son 30-35 ildə hansı yolu keçdiyimizi daha yaxşı anlayacaq. Yaddaşlarımız təzələnəcək. 2018-ci ilə qədər dünyanın bütün böyük gücləri Ermənistanın yanında oldu. Yalnız həmin dövrdən başlayaraq Rusiyanı digər böyük güclərdən ayırmaq mümkün oldu və bu ölkəmizin böyük uğurudur".