"Bu hal Paşinyanı narahat etməlidir, çünki..." - Erməni KİV


"Nikol Paşinyan hökumətinin üzvləri pis taktika seçiblər, Paşinyanın qərarlarına, addımlarına görə məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər. Sadəcə onun əmrlərinə tabe olurlar".

Miq.Az xəbər  verir  ki,  bu  barədə "Hraparak” qəzeti yazıb.  Nəşrin məlumatına görə, bu hal Paşinyanı narahat etməlidir:

"Və bu, yəqin ki, Paşinyanı da narahat etməlidir, çünki sabah  hakimiyyətin vətənə xəyanət etdiyi hüquqi və ya digər üsullarla sübut olunarsa və onlar buna görə cavab verməlidirlərsə, Paşinyan hökumətinin üzvləri "uçacaq”,  yəni  yoxa çıxacaq.  Paşinyanın tərəfdarlarından birinin sevimli baş nazirinə dediyi kimi, bütün məsuliyyəti və günahı "o zavallı cənabın” çiyninə qoyub,  gedəcəklər. Daha sadə desək, "atəş divarı” altında Paşinyan tək qalacaq, çünki onun hökumətinin üzvləri öz növbəsində haqq qazandıracaqlar ki, onların baş nazirlərinin nə etdiyini bilmirlər, o, hər şeyi onlardan gizli edib". 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az