Bu iki şəhəri geri aldıq – Ukrayna Baş Qərargahı

Bu iki şəhəri geri aldıq – Ukrayna Baş Qərargahı

Düşmənin canlı qüvvə və texnika itkisi Xarkov bölgəsində, Ukrayna ordusunun əməliyyatının aparıldığı ərazilərdə şiddətli döyüşlər gedir.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Qoşunlarımız Mariupol və Şastya şəhərini tam nəzarət altında geri qaytarıb. Düşmənin ən azı 6 təyyarəsi, 2 helikopteri və onlarla zirehli texnikası məhv edilib”, - məlumatda deyilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, Xerson istiqamətində vəziyyət ağırdır, amma Ukrayna müdafiə qüvvələri təcavüzkarları dəf edir.

Bundan əlavə, Çerniqov vilayətində rus ordusunun qarşısının alındığı bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az