Vətəninfo.az xəbər verir ki, may ayında BTC kəməri ilə 2,7 milyon ton Azərbaycan nefti nəql olunub. AN SPRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, bu ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 725 min 177 ton Azərbaycan nefti nəql olunub.
Bu ilin yanvar-may aylarında bu kəmərlə 12 milyon 199 min 306 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il iyun ayının 1-ə qədər BTC-yə 247 milyon 340 min 899 ton neft vurulub. Bundan başqa, cari ilin aprel ayında BTC kəməri ilə 456 min 359 ton Türkmənistan və 140 min 868 ton Qazaxıstan nefti nəql olunub.
Bununla yanaşı may ayı ərzində 2 milyon 207 min 825 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 459 min 633 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Bu ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 11 milyon 703 min 142 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il iyun ayının 1-ə qədər Ceyhan limanından 244 milyon 847 min 56 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Vətəninfo.az
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi” - Aqil Abbas
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi