Bu il Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb

Bu il Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb
Bu ilin əvvəlindən indiyədək Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb.

Miq.az xəbər verir ki, bunu Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova deyib.
Onun sözlərinə görə, həmin təkanların 32-i hiss edilən olub. Bu təkanlar daha çox Xəzər dənizində, daha sonra isə ölkənin şimal-qərb rayonlarında, o cümlədən Lerikdə, Ağdamda qeydə alınıb.

Bu ilki təkanların ən güclüsü iyunun 5-də Zaqatalada qeydə alınıb. Həmin gün zəlzələnin maqnitudası 5,5 olub.
V.Hüseynova onu da qeyd edib ki, Lerikdə bu gecə baş verən zəlzələdən sonra 40-a yaxın zəif afterşok qeydə alınıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az