Bu şəxslərin maddi təminatı və sosial müdafiəsi gücləndirilir

Bu şəxslərin maddi təminatı və sosial müdafiəsi gücləndirilir

Azərbaycanda icra məmurlarının maddi təminatı və sosial müdafiəsinin gücləndirilməsi təklif olunur.

Axar.az xəbər verir ki, bununla bağlı "İcra məmurları haqqında” qanuna yeni məzmunda dördüncü hissə əlavə edilir.

Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərətətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az