Bu tarixdə Bakıda qar yağacaq

Bu tarixdə Bakıda qar yağacaq

Dekabrın 23-24-də Abşeronda sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Miq.Az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, sabit qar örtüyünün əmələ gəlməsi gözlənilmir, çünki temperatur rejiminin 8-10 dərəcə aşağı düşməsinə baxmayaraq, paytaxtda havanın temperaturu 3 dərəcə selsiyə yaxın olacaq: "Dağlıq və dağətəyi rayonların sakinləri isə intensiv, bəzi yerlərdə qar örtüyünün əmələ gəlməsi ilə güclü qar yağacaq, buz bağlayacağı üçün yollarda diqqətli olmaq lazımdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az