Bu telekanala yeni direktor təyin olundu

Bu telekanala yeni direktor təyin olundu

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək.

AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Miq.Az-a verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən "Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib.

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az