Bu xalq sizi çoxdan baykot edib, siz kimi baykot edirsiz — Deputat

Bu xalq sizi çoxdan baykot edib, siz kimi baykot edirsiz — Deputat
Elan edilmiş növbədənkənar prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkanıdır. 

Demokrat.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün heç bir siyasi qüvvənin cənab İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. "Konstruktiv müxalifətin rahat şəlkildə seçki marafonuna qatılması bu reallığı bir daha təsdiq edir”, - o qeyd edib.

Əlavə edib ki, antimilli ünsürlərin isə bu dəfə də prosesdən kənarda qalması əslində  xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir: "5 min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyən bir ovuc ünsür, indi güya seçkiləri "baykot” edir. Bu xalq Sizi çoxdan baykot edib, siz kimi baykot edirsiniz? Baykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və geganə məqsəd də budur ki,  siyasi sabitlik pozaraq  ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar.
Amma hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı nə bu gün nə gələcəkdə heç bir xarici və daxili ünsür zədələyə bilməz”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az