Bülletenlər Dairə Seçki Komissiyalarına paylanılacaq - Referendumla bağlı

Bülletenlər Dairə Seçki Komissiyalarına paylanılacaq - Referendumla bağlı
Sentyabrın 14-dən referendumla əlaqədar seçki bülletenlərinin Dairə Seçki Komissiyalarına paylanılmasına başlanılacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən növbəti iclasında çıxış edən MSK sədri Məzahir Pəhanov bildirib.

Onun sözlərinə görə, referendumu müşahidə etmək üçün dairələrdə artıq 46569 müşahidəçi qeydə alınıb.

M.Pənahov qeyd edib ki, dairələrdə müşahidəçilərin qeydiyyatı davam edir və bu, referenduma 5 gün qalana qədər davam etdiriləcək.

M.Pənahov deyib ki, referendumu izləmək üçün MSK-da 1057 müşahidəçi qeydiyyatdan keçib. Onların 777-i QHT nümayəndələridir.

Bildirilib ki, seçki günü müşahidəçilərin müraciətlərinə dərhal münasibət bildirilməlidir. /Trend.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az