“Bütün dünya bilsin ki,..” - Davudoğludan Azərbaycan mesajı

“Bütün dünya bilsin ki,..” - Davudoğludan Azərbaycan mesajı
Türkiyə baş naziri Əhməd Davudoğlu AK partiyasının qrup toplantısında Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərdən danışıb.

"Qafqazinfo” Türkiyə KİV-ə istinadən məlumatına görə, Davudoğlu bildirib ki, Türkiyə Ermənistanın hücumlarını yaxından təqib edir:

"Dağlıq Qarabağda Ermənistanın hücumlarını yaxından təqib edirik və lənətləyirik. Azərbaycanın haqlı davasında dəstəyimizi bu gündən sonra da davam etdirəcəyik. Can Azərbaycanın işğal altındakı bütün torpaqları azad edilənə kimi biz də 78 milyon olaraq Azərbaycanın yanında olacağıq. Bütün dünya bilməlidir ki, Türkiyə Ermənistanın hücumları qarşısında can Azərbaycan ilə qiyamətə qədər çiyin-çiyinə olacaq”.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az