Camaat əziyyət çəkir — Deputatdan bank rəhbərlərinə İRAD

Camaat əziyyət çəkir — Deputatdan bank rəhbərlərinə İRAD
"Bankomatların faiz dərəcələri camaatı incidir”.

Miq.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyast, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

"Bankları idarə edən şəxslər sərin, rahat kabinetində oturub işlərini görürlər. Amma rayonlarda olan şəxslər bankomatların faiz dərəcələrindən əziyyət çəkirlər. Hər bankda bir faiz müəyyənləşib. Bunu standart 1,5 faiz edin, camaat əziyyət çəkməsin. Vətəndaş pul çıxarmaq istəyir, gərək şəhərin o başına getmək üçün 3 avtobus dəyişsin. Bu da cammatı yorur. Ona görə bankomatdan pul çıxarmaq üçün faizləri standart etmək lazımdır”,- deyə deputat bildirib. (modern.az)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az