Canavarlar mal-qaraya hücum etdi - UCARDA

Canavarlar mal-qaraya hücum etdi - UCARDA
Ucar rayonunda canavarlar mal-qaraya hücum edib.

Miq.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lək kənd ərazisində yerləşən otlaq sahəsində baş verib.
 
Kənd sakini Mahmud Səlimovun fərdi təsərrüfatındakı iri buynuzlu heyvana gündüz saatlarında hücum edən canavar bir baş inəyi parçalayaraq tələf edib. Hadisədən bir gün əvvəl isə kəndin digər sakini Arif Qənbərovun fərdi təsərrüfatındakı mal-qaraya hücum edən vəhşi heyvanlar bir baş inəyini və qonşunun iki baş xırda buynuzlu heyvanını yaralayıblar.
 
Sakinlər analoji hadisələrin tez-tez baş verdiyini, bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.  
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az