"Cavab verəcəyik” - Putindən NATO-ya XƏBƏRDARLIQ


"NATO Rusiya ilə qarşıdurmanı artırır”.

Miq.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.

"Bir müddət əvvəl Rusiya diplomatlarının alyansa üzv olan ölkələrdən deportasiya edilməsinə baxmayaraq, artıq əməkdaşlıq etməklə bağlı bəzi siqnallar verilməkdədir”, - o vurğulayıb.

V.Putin NATO-nun infrastrukturlarını Rusiya sərhədlərinə yaxınlaşdırdığını nümayiş etdirdiyini söyləyib: "Bundan başqa, NATO dialoqun bütün mexanizmlərini təşəbbüskarlıqla sındırıb. NATO-nun Rusiya sərhədləri boyunca fəallıqlarına əlbəttə ki, cavab verəcəyik”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az