Cavid Qurbanov baş nazir olacaq?-Ziya Məmmədovun DOSTU ilə görüş

Cavid Qurbanov baş nazir olacaq?-Ziya Məmmədovun DOSTU ilə görüş

Türkiyəli və gürcüstanlı həmkarları necə oldusa...
 
"Azərbaycan Dəmir Yolları” qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovun baş nazir Artur Rasizadəni əvəz edəcəyi gözlənilir. Bu yeniliyin yaxın günlərdə şahidi ola bilərik. Hakim dairələrdən xeberinfo.com-a daxil olan məlumata görə, bu istiqamətdə məsələni bitmiş də hesab etmək olar.

Onun vəzifə karyerasındakı yüksəlişi də, məhz bu dəyərlər səbəbindəndir. Elə sonuncu parlament seçkilərində "Azərbaycan Dəmir Yolları” QSC kimi nəhəng bir struktura rəhbərlik etməklə yanaşı, mandatını da qoruyub saxlaya bilməsi də təsadüf deyil. Bu həm də siyasi hakimiyyətin Cavid Qurbanova etimadının təkzibolunmaz nümunəsidir. Onun bu etimadı qazanması və doğrultması kimi...
 
Məlumata görə Cavid Qurbanovun baş nazir postuna təyinatını stimullaşdıran amillərdən biri də Türkiyə və Gürcüstanda həmkarlarının eyni vəzifə yüksəlişidir. Bu ölkələrin təcrübəsindən belə məlum olur ki, yol infrastrukturuna rəhbərlik edən şəxsin hökumətə rəhbərliyi doğru seçimdir. Türkiyənin yeni seçilmiş baş naziri Binəli Yıldırım isə  Qurbanovun həmkarı və özünün dediyi kimi, ailəvi dostudur...         

Miq.az xatırladır ki, bu yaxınlarda Cavid Qurbanovun Türkiyədə AKP-in qurultayına dəvət olunması, orada görüntülənməsi də bu fikrə düşməyə əsas verir. 

İlham Əliyevin tapşırığına əsasən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Türkiyənin baş naziri postuna namizədliyi qeydə alınmış nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımla reallaşan işgüzar görüşü barədə, Qurbanova yaxın saytlarda kifayət qədər geniş reklam yazısı yer alıb. Xüsusi mərkəzdən hazırlanaraq ötürülən yazılarda Qurbanovun Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisində Binəli Yıldırımla birlikdə birbaşa iştirakçı olduğu xüsusilə qabardılıb. Amma gerçək təffərrüat fərqlidir. Xüsusilə Türkiyə KİV-lərində Binəli Yıldırımla birlikdə bu layihənin reallaşması üçün müstəsna xidməti olan şəxs Cavid Qurbanov yox, "vurulan” nəqliyyat naziri Ziya Məmmədov göstərilir. Belə olan halda ölkə başçısının xüsusi tapşırığı ilə cənab Yıldırımla görüşə Cavid Qurbanovun göndərilməsi müəmmalara yol açır.

Məsələyə hər hansı yanaşma ortaya qoymadan öncə qeyd edək ki, Ziya Məmmədovun DOSTU ilə görüşə göndərilməməsi və onun əvəzinə ən böyük rəqibi kimi qələmə verilən Cavid Qurbanovun yollanması nazir statusunu müstəsna səlahiyyətlərini itirmək bahasına qoruya bilmiş Ziya Məmmədovun bir daha inamsız kadr olmasından xəbər verir. Məsələnin bir başqa tərəfində isə Azərbaycan hakimiyyətinin qardaş ölkənin ikinci şəxsinin dostu Ziya Məmmədovun oyundan kənarda saxlanılmasına ilkin reaksiyasının öyrənilməsi dayanır. Görünən budur ki, hakimiyyət Yıldırımla xüsusi görüşə Cavid Qurbanovu göndərməklə "biz seçimimizi etdik, növbə sizindir” mesajını verib.

Qeyd edək ki, Binəli Yıldırım uzun müddət Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsində çalışıb. Həmin müddətdə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla birlikdə Türkiyə tərəfdən həmin nəhəng layihənin gerçəkləşməsində birbaşa iştirakçı olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az