Cəbhə bölgəsində MƏRMİ SƏSLƏRİ - Düşmən Qarabağda təxribatlara hazırlaşır

Cəbhə bölgəsində MƏRMİ SƏSLƏRİ - Düşmən Qarabağda təxribatlara hazırlaşır

İki istiqamətdə təlimlər?-Düşmən Qarabağda təxribatlara hazırlaşır

Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb. 

Ordu.az-ın Qarabağ bürosunun xəbərinə görə, artıq bir neçə gündür keçmiş Ağdərə rayonu ərazisində artilleriya silahlarından da istifadə etməklə başlanan təlimlər bu gündən etibarən Ağdam rayonu ərazisində də başlanıb.

Səhər saatlarından etibarən Ağdam rayonunun işğal altında olan Uzundərə ərazisində və Şahbulaq dağ massivində mərmi partlayışı səsləri eşidilib.

Təlimlər zamanı düşmən ağır artilleriya və zirehli texnikalardan istifadə edir.

Partlayış səsləri cəbhəboyu yaşayış məntəqələrindən aydın şəkildə eşidilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az