Cem Yılmazın məşhur filmi Bakıda

Cem Yılmazın məşhur filmi Bakıda

Türkiyəli aktyor Cem Yılmazın "Ali baba və 7 cücələr” filminin Bakıda qala gecəsi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, gecə dekabrın 17-də Nizami Kino Mərkəzində baş tutacaq.

Mərkəzin mətbuat xidmətindən aldığımız məlumata görə, tədbirdə Cem Yılmazın iştirakı da gözlənilir.

Qeyd edək ki, ekran işində müğənni İradə İbrahimovanın "Neyləyək” mahnısı səsləndirilib.

Filmdə Çetin Altay, Zafer Algöz kimi aktyorlar da rol alıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az