Cəmiyyətin narazı təbəqəsi niyə müxalifətin ətrafında birləşmir?

Cəmiyyətin narazı təbəqəsi niyə müxalifətin ətrafında birləşmir?

Sərdar Cəlaloğlu:”İndiki halda isə əhalidən soruşsaq ki ,problem nədədir, müxtəlif versiyalar səslənəcək”

Aydın Mirzəzadə: ”Müxalifətin xalqın adından danışmağa heç bir əsası yoxdur”

Narazı olunmaqla müxalifət ətrafında birləşilmir. Bu gün Azərbaycanda əhalinin narazılığının əsas səbəbi sosial, hüquqi, iqtisadi problemlərlə bağlıdır. Çox az bir təbəqənin narazılığı isə siyasidir. 

Bunu “Veteninfo.az” saytına açıqlamasında ADP-nin sədri Sərdar Cəlaloğlu bildirib. O qeyd edib ki, “müxalifət yalnız narazı siyasi elektratı təmsil edir. Bu baxımdan nə zamanki narazı elektrat artacaq, o zaman da müxalifətə istiqamətlənmə baş tutacaq “-deyə, vurğuladı. İndiki halda isə əhalidən soruşsaq ki ,problem nədədir, müxtəlif versiyalar səslənəcək. İşsizlik, korrupsiya, kasıblıq və s. Amma heç kim deməyəcək ki, parlament seçkiləri keçirilməli, konstitusiyaya dəyişiklik edilməli, yeni prezident seçilməlidir. ”Vətəndaşların bu cür siyasi narazılıqları yoxdusa, belə halda xalq müxalifətin ətrafında birləşə bilməyəcək”-deyə, fikrini tamamladı. 

İş burasındadır ki, bu iddiaların heç bir əsası yoxdur və bunları səsləndirənlər xalqın istəyi ilə tanış deyillər. Məqsəd isə bir qayda olaraq, özünün hakimiyyətə olan istəyini bildirməkdir. Ancaq onların nə real vəziyyətdən xəbərləri var, nə də hakimiyyətə hazır deyillər.

Bu sözləri ADP sədri Sərdar Cəlaloğlunun fikirlərini şərh edən millət vəkili Aydın Mirzəzadə bildirib. O qeyd etdi ki, müxalifət üzərinə düşən vəzifəni yerinə yetirə bilmir, ona görə də xalqın adından müxalifətin danışmağının heç bir əsası yoxdur. Eyni zamanda, müxalifət xalqın nə ilə nəfəs aldığını bilmir”.

Günel Türksoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az