Cinayətkar silahlı dəstəni ətrafına toplamış “mafia babası” kimdir? – FOTO + VİDEO

Cinayətkar silahlı dəstəni ətrafına toplamış “mafia babası” kimdir? – FOTO + VİDEO

Sumqayıt maşın bazarından və orda baş verən olaylardan saytımızda öncələr silsilə yazılar getmişdi. Bildiyiniz kimi, Sumqayıt maşın bazarı adlanan ərazi "Vicdan-1” MMC -yə məxsusdur. Sözügedən müəssisənin 3 təsisçisi var. Təsisçilər Müşviq Tarverdiyev, İlqar Əliyev ve Şahbaz Şahbazovdur.

Dünən redaksiyamıza Sumqayıt maşın bazarından ard- arda yazılar yazdığımızı görən oxucularımız tərəfindən daha bir neçə fakt daxil oldu. Faktların dəqiqliyini öyrənmək üçün adıkeçən müəssisəyə yollandıq. Bazara çatar -çatmaz qarşılaşdığımız mənzərə bizi sözün həqiqi mənasında heyrətləndirdi. Belə ki, Bazarda yaranan qalmaqalı gördükdə yerindəcə çəkiliş aparmaq qərarına gəldik. Çəkiliş apardığımızı görən bazar sahiblərindən birinin adamları üzərimizə çəkərək, kameramanımızın kamerasını əlindən alaraq özünə də müqavimət göstərdi. Jurnalist olduğumuzu söyləsək də, vəsiqələri təqdim etsək də məhəl qoyan olmadı. Hətta mətbu qrumu təmsil etdiyimiz rəsmi sənədimiz olan vəsiqələrimizi də əzməyə, cırmağa cəhd etdilər. Aşağıdakı kadrlardan da, hücuma məruz qalmağımız açıq aşkar görünür.

[video=http:// ]

Daha sonra burada yaranan davanın nə səbəblərinə aydınlıq getməyə başlayaraq araşdırma apardıq. Hadisə şahidlərinin sözlərinə görə, maşın bazarında bazara girişin 6 manat olduğunu və qanunsuz, əsassız olaraq bazarda olan mağazaların icarə haqqlarının qaldırıldığını eşidən təsisçilərdən birinin, yəni Şahbaz Şahbazovun hüquqi nümayəndəsi, həm də , həyat yoldaşı bazara gələrək öz etirazını bildirib. (Nizamnaməyə əsasən bu kimi hallar, təsisçi olan hər bir şəxsin müzakirəsi və qərarı ilə həyata keçirilir) Bunu eşidən digər təsisçi rəhbər Müşviq Tarverdiyevin yaxın adamı olan İlham Qurbanov, həmin xanımı öz təsisçisi olduğu, hüququ çatdığı bazardan qovmağa başlayıb. Elə dava da buradan yaranıb. Öz haqqı çatdığı bazardan qovulduğunu görən Arzu Şahbazova etiraz şüarlarını səsləndirib və bu zaman İlham Qurbanov adlı bir şəxs tərəfindən hücuma məruz qalaraq döyülüb.

14895675_526998984176496_1100698342_ohttp://hia.info.az/wp-content/uploads/2016/11/14895675_526998984176496_1100698342_o-768x432.jpg 768w, http://hia.info.az/wp-content/uploads/2016/11/14895675_526998984176496_1100698342_o-1024x576.jpg 1024w, http://hia.info.az/wp-content/uploads/2016/11/14895675_526998984176496_1100698342_o.jpg 1280w" sizes="(max-width: 508px) 100vw, 508px" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; vertical-align: baseline; max-width: 100%; height: auto;" />14958553_526998960843165_1208809465_nhttp://hia.info.az/wp-content/uploads/2016/11/14958553_526998960843165_1208809465_n-768x432.jpg 768w, http://hia.info.az/wp-content/uploads/2016/11/14958553_526998960843165_1208809465_n.jpg 960w" sizes="(max-width: 509px) 100vw, 509px" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; vertical-align: baseline; max-width: 100%; height: auto;" />14958760_526998940843167_187182496_nhttp://hia.info.az/wp-content/uploads/2016/11/14958760_526998940843167_187182496_n-768x432.jpg 768w, http://hia.info.az/wp-content/uploads/2016/11/14958760_526998940843167_187182496_n.jpg 960w" sizes="(max-width: 509px) 100vw, 509px" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; vertical-align: baseline; max-width: 100%; height: auto;" />

Məsələnin daha acınacaqlı tərəfi, özünü quldur kimi aparan, hüququ çatdığı bazardan qovulan xanımın həmin ərazinin sahə müvəkkili tərəfindəndə söyüşlərlə təhqir olunaraq, döyülməsidir. İndi gördüyünüz şəkillərdən də hər şey açıq aşkar ortadadır.

14877711_526998907509837_1130271365_nhttp://hia.info.az/wp-content/uploads/2016/11/14877711_526998907509837_1130271365_n-768x432.jpg 768w, http://hia.info.az/wp-content/uploads/2016/11/14877711_526998907509837_1130271365_n.jpg 960w" sizes="(max-width: 509px) 100vw, 509px" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; vertical-align: baseline; max-width: 100%; height: auto;" />

14914861_526998887509839_46635817_nhttp://hia.info.az/wp-content/uploads/2016/11/14914861_526998887509839_46635817_n-768x432.jpg 768w, http://hia.info.az/wp-content/uploads/2016/11/14914861_526998887509839_46635817_n.jpg 960w" sizes="(max-width: 511px) 100vw, 511px" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; vertical-align: baseline; max-width: 100%; height: auto;" />

Qərəzsiz və tərəfsiz, hal şahidi olmuş mətbu orqan nümayəndəsi olaraq, bu yazı vasitəsiylə, elə buradan Daxili İşlər Naziri cənab Ramil Usubova səslənirik. Cənab nazir, dövlət qulluqçusu olan, vətəndaşların təhlükəsizliyinin qorunmasında görəvli olan, məsuliyyət daşıyan, polis forması daşıyan bir insanın, vətəndaşın təhqir edib, vurması nə dərəcədə düzgündür? Və bu haqsızlıq, bu qanunsuzluq yerdə qalacaqmı? Daha sonra məsələyə uyğun olaraq adiyyatı şəxslərlə (bazarda haqq sahibi olan) əlaqə saxlamaq istədik. Lakin bütün cəhdlərimiz uğursuz nəticələndi. Bazara təyin edilmiş direktor Hamlet Sadıqov isə bizim telefonlarımızdan həmişə qaçdıgı kimi bu dəfə də telefonları söndürdü. 

Araşdırma apardığımız zaman daha bir real fakta rastlamış olduq. Belə ki, bazarda dava olan gündən bir neçə gün öncə Arzu Şahbazova Riyad Mühavizə orqanının 10 a yaxın əməkdaşı tərəfindən vurularaq xəsarət alıb. Aldığı xəsarətlərə görə polis bölməsinə də ərizə yazaraq müraciət edib. Hörmətli oxucularımız, bildiyiniz kimi bazarda vəhabiliyin təbliği ilə məşğul olan "Vicdan – 1” MMC nin təsisçi rəhbərlərindən biri Müşviq Tarverdiyevin qardaşı Zaur Tarverdiyev haqqında da saytımızda yazılarımız getmişdi. Əldə etdiyimiz daha bir məlumata görə Zaur adı ilə tanınan şəxsin əsl adı Davud imiş. Bəs özünü mafia babasi kimi aparan , bazara heç bir haqqı çatmayan Zaur (Davud) ve İlham Qurbanov kimə arxayndır ? Məsələnin əsl maraqlı tərəfi də elə burasıdır. Bütün bunların arxasında dayanan İlham Məmmədov adlı şəxsdir.

Bəs Ilham Məmmədov kimdir ?

İlham Məmmədovu araşdırdığımızda ortaya inanılmaz faktlar çıxdı. Hədəf İnformasiya Agentliyi olaraq məsələnin dərinliyinə qədər getdik. Belə ki , İlham Məmmədov keçmiş polis işçisi olub. O, ilk dəfə Aqil Əliyevin yaxın dostu vasitəsi ilə yavaş- yavaş Əliyevlər ailəsinə daxil olmağa başlayıb. Hətta sonralar onu "ailə” ilə taniş edən adamı Aqil Əliyevdən soyutmağında öhdesinden gelib. Bizə bəlli olan məlumatlarda qeyd olunur ki, İlham Məmmədov İlqar Əliyevə də özünü müxtəlif yollarla yaxın tutmağa və onun ətrafında olan hər kəsi, İ.Əliyevdən uzaqlaşdırmağa nail olmuşdur. Nazim adlı şəxsin Aqil Əliyevlə olan ortaq şirkətindən ortaqlığı ləğv etdirməyi, Nizami adlı İlqar Əliyevin tələbə yoldaşı şirkətdən çıxartmağı, şantaj etməyi, Kitay Karko Şamil ləqəbli insanı şərləməyi, Riyad Ticarət mərkəzini və Sumqayıt bazarını özününküləşdirməyi bu illər ərzində bacarmışdır. Deyilənə görə, ətrafinda cinayətkar silahlı "banda” gəzdirərək özünə mühafizə yaradıb. Bütün bunlar azmış kimi, Cənab prezidentin əmisi oğlu İlqar Əliyevin adından müxtəlif yollarla istifadə edərək saysız hesabsız qanunsuzluqlara imza atmışdır.  Onun etdiyi hərəkətlər dövlətçiliyimizi bir başa olaraq zərbə altında qoyur.

Mənbə qeyd edir ki, artıq İlqar Əliyev, onun adından istifadə edən İlham Məmmədova bərk qəzəblənib. Çünki, İlham Məmmədovun cinayətkarlıq hərəkətləri "pik” həddə çatıb.

Bu bizə də onu deməyə zəmin yaradır ki, onun dəstəsi tərəfindən daima dövlətçiliyi təbliğ edən, qərəzsiz, müstəqil, tərəfsiz bir mətbu orqana qarşı etdikləri onların nə dərəcədə özbaşına olduqlarından xəbər verir.

Bizə edilən hücuma görə də, bu bandanın qanun qarşısında cavab verməsini ölkə rəhbərliyindən xaiş edirik./Hia.info.az/

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az