Con Kerridən Qarabağ açıqlaması-Mümkünsüz...

Con Kerridən Qarabağ açıqlaması-Mümkünsüz...

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb.

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və "Atlantik" həftəlik dərgisinin təşkil etdiyi  8-ci illik forumda deyib.
 
"Müasir dünyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər", - deyə Kerri qeyd edib.
 
"Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil", - deyə ABŞ-ın dövlət katibi vurğulayıb. Onun sözlərinə görə, "bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür". "Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir", - deyə Kerri əlavə edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az