Üçüncü Dünya Müharibəsi başladığı halda dövlətlərin nüvə silahından istifadə etməsi qaçılmazdı. Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, bunu ərbi ekspert Azad İsazadə deyib. O bildirib ki, Üçüncü Dünya Müharibəsi istənilə vaxt başlaya bilər:
"Birinci
və İkinci Dünya müharibələri başlayanda heç kimi bilmirdi ki, bu dünya
müharibəsidir. Sonra tarixçilər və siyasətçilər buna belə bir ad qoydu.
Dünya müharibəsinin parametrləri yoxdur. Dünyanın sayılı bir necə
dövləti bir-biri ilə vuruşanda bu, dünya müharibəsi kimi qəbul oluna
bilər. Bu cür konflikt Avropada, Rusiya və Ukrayna arasında, Yaxın
Şərqdə də var. Avropa, Asiya və bir balaca Şimali Afrika demək olar ki,
döyüş zonasına çevrilib. Deməli kimsə bunu dünya müharibəsi kimi
qiymətləndirə bilər.
Əgər gələcəkdə Dünya Müharibəsi başlasa, onda
nə ola bilər? İndi bəzi dünya dövlətlərinin nüvə, bakterioloji və
kimyəvi silahlar Yer kürəsinin bütün əhalisini məhv etməyə imkan verir.
Hesab edirəm ki, Üçüncü Dünya Müharibəsi başlasa, udan və ya uduzan
olmayacaq. Çünki istər-istəməz uduzan dövlət əlində olan insanlardan
istifadə edəcək. O cümlədən kimyəvi silahdan da. Üçüncü Dünya
Müharibəsindən sonra bərpa olunmaq üçün yüzilliklər belə, bəs etməyəcək.
Nüvə silahından bir necə dövlət, o cümlədən Rusiya istifadə edə bilər. Hətta Rusiya elan edib ki, lazım olsa, onu birinci özü istifadə edəcək. Çünki Rusiya hərbi doktrinada nüvə silahının istifadəsi haqda dəyişiklər edib. Həmçinin, Şimali Koreya, İsrail ona qarşı təhdidlər olduğu halda, Pakistan və Hindistan konflikt genişlənsə nüvə silahından istifadə edə bilər. Avropa və ABŞ-ın öz doktrinalarına görə isə, ancaq cavab zərbəsi kimi nüvə silahından istifadə edə bilərlər. Bir sözlə, mənbə çoxdur . Hətta nüvə silahı terrorçu təşkilatların əlinə düşsə, onlar da bundan istifadə edə bilər”.