Üçüncü Dünya Müharibəsi təhlükəsi - Qərb analitikləri durmadan xəbərdarlıq edirlər

Üçüncü Dünya Müharibəsi təhlükəsi - Qərb analitikləri durmadan xəbərdarlıq edirlər
Dünya hazırda Üçüncü Dünya Müharibəsindən əvvəlki mərhələdədir.

"AzPolitika.info” "Sky News”-a istinadla xəbər verir ki, bunu amerikalı hərbi analitik Saymon Diqqins bildirib.

Onu fikrincə, İkinci Dünya Müharibəsindən sonra dünya nizamının əsasını təşkil edən güc tətbiqinə qarşı prezumpsiya itirilib.

"Son aylarda belə bir hiss var idi ki, dünyada baş verən gərginliklər yalnız müharibə yolu ilə həll oluna bilər. Heç nə qaçılmaz deyi. Ancaq Ukraynanın işğalı göstərdi ki, Rusiya müharibəyə siyasi alət və qlobal dəyişiklik vasitəsi kimi baxır. Dünya nizamının dəyişməsi Rusiyanın xeyrinədir. Eyni zamanda, Çin də Tayvanla birləşməyə can atır, İran öz regionunda əsas gücə çevrilmək istəyir”,-deyə o qeyd edb.

Onun sözlərinə görə,hazırda Şərqi Avropada vəziyyət çox təhlükəlidir:"Rusiya son bir ildə müdafiə xərclərini iki dəfə artırıb. indi o, ÜDM-nin 6%-ni və ya bütün dövlət xərclərinin üçdə birini orduya xərcləyir. Biz isə əksinə, ÜDM-in 2%-dən bir qədər çoxunu xərcləyirik. Ruslar həmişə öz qüvvələrini yenidən qurmağa, onu silahlandırmağa hazırdırlar”.

Ekspert həmçinin bu il Ukraynada atəşkəsin olacağını və ya müharibənin dalana dirənəcəyini proqnozlaşdırır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az