“Daçiya” Azərbaycan xalqından üzr istədi – Foto

“Daçiya” Azərbaycan xalqından üzr istədi – Foto
Bu gün "Kəpəz” klubu ilə qarşılaşan Moldova futbol klubu "Daçiya” rəsmi açıqlama yayaraq, Azərbaycan xalqından üzr istəyib.
 
Axar.az xəbər verir ki, buna səbəb klubun rəsmi saytında oyunun baş tutacağı stadionun yerləşdiyi Mərdəkan qəsəbəsinin adının "Makrudyan” kimi təqdim edilməsi və buranın erməni mənşəli ad olması ilə bağlıdır.
 
Rəsmi saytda yer alan məlumat dərhal dəyişdirilib və klub rəsmiləri bunun yalnız bir səhv olduğunu, heç bir təxribat məqsədi güdmədiklərini açıqlayıb. Klubun prezidenti Adlan Şişkanov klubun rəsmi saytı vasitəsilə azərbaycanlılardan üzr istəyib:
 
"Mətbuat xidməti əməkdaşlarının etdiyi səhvə görə bütün Azərbaycan xalqından və "Kəpəz" klubu azarkeşlərindən üzr istəyirəm. "Daçiya" heç vaxt siyasətə qarışmayıb. Xahiş edirik, bu absurd səhvimizə görə bizi bağışlayasınız. Biz heç kimin hissləri ilə oynamaq istəmirik”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az