Daha 4 rayon AXCP EQTK-ya qoşuldu

Daha 4 rayon AXCP EQTK-ya qoşuldu

Sıraları sürətlə genişlənməkdə olan AXCP Ehtimad Qurultayı Təşkilat Komitəsinə daha 4 rayon qoşulub.

 

Ağdaş, Ağcabədi, Yevlax və Şirvan şəhərlərində uğurla keçirilən konfranslarda, bu rayonların cəbhəçiləri Əli Kərimli sədrliyində olan partiyadan imtina edərək, Razi Nurullayevi dəstəklədiklərini bəyan ediblər.

 

Partiyanın dünəni, bu günü və gələcəyinin geniş müzakirə olunduğu konfransların sonunda təşkilati məsələlərə baxılıb.

Ağdaş şöbəsinə Mustafayeb ibrahim Ömər oğlu sədr, Zakirov Şadəddin Razəddin oğlu Ali Məclis üzvü seçiliblər.

Ağcabədidə isə sədr Fərzəliyev Sabir Cəmil oğlu olub.

Yevlax şöbəsində sədrlik Əmrahov Yaşar Yaqub oğluna ehtimad edilib.

Şirvanda isə sədr Nadirli İsmayıl seçilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az