“Daha Putin bizə qarşı döyüşmək istəməyəcək” - NATO rəsmisi

“Daha Putin bizə qarşı döyüşmək istəməyəcək” - NATO rəsmisi

Ukrayna-Rusiya müharibəsi tezliklə həlledici mərhələyə qədəm qoyacaq.

Bunu NATO baş katibinin müavini Mirça Coan Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

Onun fikrincə, hərbi əməliyyatların mümkün eskalasiyası proqnozlaşdırılmır.

"Biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq”, - o deyib.

Baş katibin müavininin sözlərinə görə, NATO əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisində qarşılaşdığı hadisədən sonra Alyansa qarşı döyüşmək istəməyəcək. (teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az