Bu gün AŞPA siyasi komitəsinin Parisdə keçirilən iclasında britaniyalı məruzəçi Robert Valterin hazırladığı "İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması” adlı məruzə səsə qoyularaq qəbul olunub.
Vizual.az məlumat verir ki, müzakirələr zamanı Ermənistan nümayəndə heyəti məruzəçiyə qarşı ittihamlar irəli sürüb və məruzənin qəbul olunmaması üçün cəhdlər göstərib. Yaranan vəziyyəti nəzərə alan komitə sədri məruzənin AŞPA-nın yanvar sessiyasına tövsiyə olunmasını səsverməyə qoyub və erməni deputatların ciddi səylərinə baxmayaraq, məruzə siyasi komitənin, demək olar, bütün üzvləri tərəfindən dəstəklənib və qəbul olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tərəfindən irəli sürülən təkliflər siyasi komitənin əksər üzvləri tərəfindən dəstəklənərək məruzəyə daxil edilib. Bu təkliflərə Ermənistan nümayəndə heyətinin konstruktivlikdən uzaq davranışı və apardığı siyasətin pislənilməsi və bu siyasətə son qoyulması, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı məsələlərin Ermənistanın birbaşa məsuliyyəti və onun törətdiyi işğalın nəticəsi olması, azərbaycanlıların Dağlıq Qarabağda qeyri–qanuni hökm əsasında girov saxlanılması və onların dərhal azadlığa buraxılması daxildir.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE