Dağlıq Qarabağ münaqişəsi yeni formatda müzakirə oluna bilər

Dağlıq Qarabağ münaqişəsi yeni formatda müzakirə oluna bilər
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli mexanizmi çərçivəsində müzakirə edilə bilər".

Miq.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, üçtərəfli format bütün tərəflər üçün faydalı olacaq: "Biz bu formatı Azərbaycanda görüş zamanı müzakirə etdik. Azərbaycan Rusiya ilə üçtərəfli mexanizmi müsbət qiymətləndirdi. Bu təşəbbüs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də səsləndirildi. Rusiya da bu mexanizmi müsbət qiymətləndirdi. Biz siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq edə bilərik".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az