Rəşad Dağlı və Pərviz Bülbülə müğənni Damlaya görə söz deyişməsinə giriblər.
Miq.Az xəbər verir ki, Rəşad Dağlı və Pərviz Bülbülənin məclislərin birində dedikləri meyxana marağa səbəb olub.
Belə ki, söz deyişməsinin mövzusu Pərviz Bülbülənin müğənni Damla ilə olan duetləri olub. Deyişməni başladan Rəşad Dağlı, Pərviz Bülbüləyə müraciət edərək "Damlaya təslim oldu” deyib.
P. Bülbülə isə "Damla oxudu, mən isə şeir söylədim. Nə əlaqə var, nə də intim oldu”, – deyərək həmkarına cavab verib.