“Daşnaktsütun”un sənədləri haradadır? - Mixail Meyer

“Daşnaktsütun”un sənədləri haradadır? - Mixail Meyer

Rusiyanın görkəmli alim-türkoloqu, Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika ölkələri İnstitutunun prezidenti Mixail Meyer hesab edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən faciəvi hadisələrə dair bütün sənədlər üzə çıxarılmalıdır. “Türkiyənin materiallarının sayı çoxdur. “Daşnaksütun” isə əvvəlki kimi, heç nə dərc etməyərək, bunun səbəblərini gizlədir.

Türkiyənin malik olduğu sənədləri görmüşəm, bu materiallarla hər şey aydındır. Bəs, “Daşnaktsütun”un sənədləri haradadır? Bu sənədlər hansısa Amerika arxivlərində gizlədilib, onları dərc etmək istəmirlər” - deyə M.Meyer “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib. 

“Daşnaksütun” XX əsrin əvvəllərində Ermənistanın aparıcı partiyası olub və indi də erməni diasporunun ən çox üzvü olan partiyası olaraq qalır. M.Meyer hesab edir ki, tarixlə yalnız sənədlər əsasında məşğul olmaq mümkündür, “sənədlər olmadığı halda isə tarix mövzusu ətrafında spekulyasialar başlayır. “Nəticədə “soyqırımı tarix ətrafında spekulyasiyaya çevrilib” - deyə tarixçi qeyd edib. “Sənədlər təqdim olunmalıdır. Yüz il keçib. Burada gizlədiləsi nə var? Sənədləri göstərin və biz, tarixçilər, əslində nə baş verdiyinə qərar verək. Lakin əgər tərəflərdən biri sənədləri nəşr edir, digər tərəf isə etmirsə, bir tərəfə meyllilik düzgün olmayacaq” - deyə M.Meyer qeyd edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az