Davudoğlu Bakıda

Davudoğlu Bakıda

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.

APA-nın məlumatına görə, onu Heydər Əlieyev Beynəlxalq Aeroportunda baş nazirin Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun qarşılayıblar.

Baş naziri Türkiyə Milli Kəşfiyyat İdarəsi rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, Türkiyə qida, heyvandarlıq və kənd təsərrüfatı naziri Faruk Çelik, baş nazirin müavini Mehmet Şimşek, enerji və təbii qaynaqlar naziri Berat Albayrak və digərləri müşayiət edirlər.

Bu gün və sabah davam edəcək səfər çərçivəsində Əhməd Davudoğlu Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə ilə görüşəcək, sabah ADA Universitetində mühazirə oxuyacaq.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az