Vəkil Aqil Layicov "Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.
Bu barədə Report-a A.Layicov məlumat verib.
A.Layicov C.Hacıyevin vəziyyətinin normal olduğunu deyib. Sabiq sədr ABB-nin Sank-Peterburq filialının direktoru, polis tərəfindən saxlanıldığı deyilən Yaşar Səfərovun bu vəzifəyə onun əmri ilə təyin olunması barədə xəbərlərə də münasibət bildirib: "Cahangir Hacıyev bildirdi ki, Yaşar Səfərov "mənim kadrım deyil və bu vəzifəyə də onu mən təyin etməmişəm. Mən sədr vəzifəsindən mart ayında azad olunmuşam, Yaşar Səfərov isə vəzifəyə bu ilin sentyabr ayında təyin edilib”. Yəni, bu, reallıqdan tamamilə uzaq bir informasiyadır”.
Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, dünən Rusiyanın hüquq-mühafizə orqanları ABB-nin Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər. Mətbuatda filialın direktoru Yaşar Səfərovun da saxlanıldığı barədə məlumatlar yayılıb.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ