Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini məhkəməyə verib.
VİZUAL.az xəbər verir ki, bu barədə məlumat verən C. Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, C. Hacıyevin barəsində həbs qətimkan tədbirinin dekabrın 5-də seçilməsinə baxmayaraq o, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır: "Qanunvericiliyə görə, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməlidir. Onun həmin idarədə saxlanılmasının qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişik”.
Vəkil C. Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında Nərimanov rayon Məhkəməsinin 5 dekabr tarixli qərarından apellyasiya şikayəti verdikləri, şikayətə dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılacağını da deyib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
C. Hacıyev Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.|APA
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ