Dayı-Bacıoğlu 2 saylı peşə litseyin dağıdır

Dayı-Bacıoğlu 2 saylı peşə litseyin dağıdır

Təhsil ocaqlarımızda PKK teror təşkilatının qızğın təbliğatı gedir

Etiraf etmək lazımdır ki, respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də bu vəzifəni icra edəcək şəxslərə qarşı irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Qəzetimizin ötən saylarında biz dəfələrlə bu problemə toxunaraq Bakıda fəaliyyət göstərən bir neçə peşə liseyində vəziyyətin son dərəcə arzuolunmaz bir duruma gəldiyindən söz açmışdıq. Xatırlayırsınızsa, bir müddət əvvəl son dərəcə böhranlı vəziyyət yaşayan tədris müəssisələrindən biri kimi mətbuat səhifələrində 9 saylı Bakı Peşə Liseyinin də adı çox hallanırdı. Qeyd etməliyik ki, həmin dövrdə liseyə rəhbərlik Firudin Paşayev tərəfindən həyata keçirilirdi. Məlum olduğu kimi dövlətin tədris müəssisəsini şəxsi kommersiya obyekti qismində istismar edən F.Paşayev bu liseydə ən ağlasığmaz layihələrini həyata keçirmişdi. Belə ki, liseydə idman-sağlamlıq mərkəzi açmaq fikrinə düşmüş Firudin müəllim bu ideyanı həyata keçirdikdən sonra asan qazanc əldə etməyin daha səmərəli yollarının axtarışına başlamışdı. Nəticədə isə bi müddət sonra hüquq-mühafizə orqanlarının əməliyyat tədbirləri nəticəsində həmin mərkəzin əsil əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi aşkar olunmuşdu. Lakin Təhsil Nazirliyi əksər hallarda olduğu kimi bu dəfə də öz kadrırın yarıtmaz əməllərinə göz yummağa üstünlük vermişdi. Bu minvalla da bir vaxtlar 9 saylı liseydə böyük bir rüsvayçılığa yol vermiş Firudin Paşayev bu gün də öz bədxah əməllərinə artıq 2 saylı Bakı Peşə Məktəbinin direktoru vəzifəsində davam edir.  
Biz dəfələrlə israr emişik ki, ölkənin təhsil sistemində cərəyan edən hadisələr Təhsil Nazirliyinin məhz kadr məsələlərində ciddi nöqsanlara yol verdiyinə dəlalət edir. Bu nöqsanlar isə son nəticədə təhsil sahəsində həyata keçirilən əsaslı dövlət islahatlarının reallaşmasını əngəlləyir. Məlum olduğu kimi bu gün ölkə rəhbərliyi Azərbaycanda təhsilin qabaqcıl dünya standartları səviyyəsinə çıxarılmasını prioritet məsələ kimi xüsusi diqqət mərkəzində saxlayır. Peşə liseyləri isə təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsi olmaqla yanaşı, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə iqtisadiyyatlmlzln inkişafına böyük təkan verir. Peşə liseyləri sistemində həyata keçirilən hər hansı dəyişikliklər ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapır. Bununla belə həyata keçirilən islahatların son nəticələri konkret müəssisəyə rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Məhz elə bu baxımdan da TN-nin kadr siyasətində yol verdiyi prinsipial səhvlər ağır nəticələrə yol açır. 

Biz artıq ötən yazımızda qeyd etmişdik ki, 2 saylı Bakı Peşə Məktəbində təhsil alan şagirdlərin valideynlərindən mütəmadi olaraq ən müxtəlif bəhanələrlə pul vəsaitləri toplansa da bu yığımlar belə F.Paşayevin tələblərini tam ödəyə bilmir. Maddi sərvət yığımını əsas həyat amilinə çevirmiş məktəb direktoru şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdlərə belə göz dikməkdən çəkinmir. Liseyin şagirdləri onlara ayrılmış aylıq 30 manat məbləğində təqaüdü plastik kartlar vasitəsilə almalı olduqları halda Firudin müəllim həmin kartları bütün şagirdlərdən yığaraq onları özündə saxlayır. Beləliklə də təkcə son dörd ay ərzində lisey direktoru hər şagirdin təxminən 95 manat pulunu mənimsəmişdir. Lakin redaksiyamıza daxil olan yeni məlumatlarda F.Paşayevin fəaliyyətinə dair daha kəskin ittihamlar irəli sürülür. Belə ki, həmin məlumatlarda lisey direktorunun rəhbərlik etdiyi tədris müəssisəsində PKK terror təşkilatının qızğın təbliğatı ilə məşğul olduğu bildirilir. Daha bir ağır ittiham isə F.Paşayevin qeyri-qanuni yolla əldə etdiyi böyük məbləğlərdə maddi vəsaitlərin müəyyən bir hissəsini də mütəmadi olaraq PKK-ya dəstək üçün yaradılmış xüsusi fonda keçirməsi ilə bağlıdır. Təbii ki, bəzi qonşu dövlətlərin ölkəmizə münasibətlərinin heç də birmənalı olmadığı mövcud mürəkkəb siyasi durumda bu kimi ittihamların nə dərəcədə əsaslı olması ilk növbədə hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ciddi araşdırmalarını tələb edən bir mövzudur. Lakin korrupsiya yolu ilə yığılan pullar sayəsində Firudin müəllimin hələ də törətdiyi əməllərə rəğmən tam cəzasızlıq şəraitində öz fəaliyyətinə davam etməsi onun əsil himayədarlarının kimliyi ilə bağlı müəyyən suallar doğurur. Biz artıq xəbər vermişdik ki, uzun müddət F.Paşayevin himayədarı sayılan təhsil nazirinin sabiq müavini İ.İsgəndərovun işdən getməsi də bu məmurun mövqeylərinə ciddi təsir göstərmədi. Bu isə bəzi qaynaqların Firudin müəllimin toxunulmazlığına təminat kimi məhz PKK “xofu”-nun çıxış etməsi barədə iddialarını daha aktual versiya kimi önə çəkmiş oldu...  

 Bizimdovr.az 


Adının çəkilməsini istəməyən oxucudan şikayət:

 Mən sizə hal-hazırda 2saylı peşə məktəbində direktor işləyən Firudin Paşayevin qanunsuz əməlləri ilə bağlı müraciət edirəm. Məlumat üçün bildirirəm ki, Firidun müəllim əvvəllər 9saylı peşə məktəbində direktor işləyib. Elə həmin vaxtdan qanunsuz əməlləri ilə ad çıxarıb. 9 saylı peşə məktəbində bütün qohumlarını başına toplayan Firidun müəllim onlardan istifadə edərək işlədiyi müddətdə 400-500 min manata qədər var-dövlət toplayıb. Bu məlumatl onun qohumları bu gündə inkar etmirlər. Hətta bu rəqəmin daha çox olduğunu iddia edirlər. Hamı üçün maraqlı ola bilər ki, bu qədər pulu necə toplamaq olar? İndi onun açıqlamasını verirəm. 9 saylı peşə məktəbində əxlaqsızlıq yuvası fəaliyyət göstərib, məktəbin bütün otaqları və köməkçi sahələri kirayə verilib, sürücülük kursları təşkil olunub ki, 10 minlərlə vətəndaşa 50-100 manat arasında qanunsuz pullar yığılıb, tələbələr məktəbə daxil olarkən 300-500 dollar dəyərində pullar alınıb, hər ay tələbələrə çatacaq pul mənimsənilib. Firudin müəllimin bu əməllərini bu gün 9saylı peşə məktəbinin köhnə əməkdaşları da, hətta öz yaxın qohumları da çəkinmədən söyləyirlər bu gün isə həmin əməllər 2 saylı peşə məktəbində davam etdirilir. Yenə də Firudin müəllim direktor kürsüsündə oturaraq özünə var dövlət toplamaqla məşğuldur. Lakin bu dəfə iş metodunu dəyişib. Belə ki, o yalnız tanidiğı adamlardan pul alır. İndi pul toplama kompaniyası baş mühasib, müəllimlər və özü ilə gətirdiyi qohumu tərəfindən yığılır. Firudin müəllim o qədər acgözlük edir ki, bundan boğaza yığılan müəllimlər yuxarı orqanlara müraciət etmək istəyirlər. 2 saylı peşə məktəbindəki tanışlarımızdan aldığımız məlumata görə, müavinlər bu məktəbdə ölü canlara çevrilib. Onlara heç bir səlahiyyət və söz sahibi deyillər. Müəllimlər bildirirlər ki, direktor onları tələbələrdən pul yığmağa məcbur edir. Yoxsa onları işdən azad edəcəyi ilə hədələyir. Maraqlıdır ki, Firudin Paşayev özünü Bəylər Eyyubovanın qohumu kimi qələmə verir və heç kimdən qorxmadığını bildirir. Biz uşaqlarımızın taleyi üçün çox narahatıq. Müəllimlər bildirirlər ki, Firudin müəllim onları elə maddə ilə işdən qovar ki, sonra onları heç bir yerdə işə götürməzlər. Onun bu işdə təcrübəsi çoxdur. Dəfələrlə valideynlər və müəllimlər yuxarı instansiyalara şikayət etsələrdə, heç bir nəticə olmayıb. Ona görə də biz sizin qazetlər vasitəsi ilə prezidentə və onun xanımı Mehriban xanıma müraciət edirik ki, bu özbaşınalığın qarşısı alınsın. Xahiş edirik ki, bizim səsimizi lazımı orqanlara çatdırın. Yeri gəlmişkən, Firudin müəllim bilidirir ki, bir ildən sonra pensiyaya çıxacaq və yığdıqları ona bəsdir. Belə insanlara uşaqlarımızın taleyini etibar edə bilərikmi?

Bu gün isə 2 saylı Peşə Litseyindən maraqlı bir məlumat aldıq. Məlumata görə. Firudin Paşayev haqqında yazılanları öet-bassır etmək məqsədi ilə "Azərbaycan Nəşriyatın"da  kök salan və ayda-ildə birkərə çap olunan qəzet və jurnallardan imdad diləyir və yanına gələn jurnalistlərə müəyyən köməkliklər edərək (bunlara jurnalist demək mümkünsə) yola salır. Mənbənin verdiyi digər bir məluata görə, F.Paşayev litseydə vəziyyəti əlində saxlamaq məqsədi ilə mübariz adlı bacısı oğlunu məktəbə müəllim kimi işə götürüb.Bu azmış kimi onu litseyin həmkarlar təşkilatının sədridə seçdirib.Məlumata görə, F.Paşayev litseydə müəyyən alacaqlarının bacıoğlunun əli ilə həyata keçirir ki,burda da ehtibarlılığı və sirrin çölə çıxmamasını əsas götürüb. Litseyin müəllim kollektivi isə narahatdı.Belə ki, Litsey rəhbərliyi haqqında nə danışlırsa mübariz aparıb daysına çatdırır.belə olan halda da Paşayev danışan adamı çəzalandırmaqdan belə çəkinmir.

Redaksiyadan: qarşı tərəfin mövqeyini öyənməyə hazırıq.

Xəbər davam edəcək...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az