Dəhşətli qəza ilə bağlı AÇIQLAMA: "Biri hərbçi, digərləri qohumlarıdır"

Dəhşətli qəza ilə bağlı AÇIQLAMA:
Bakıdan Beyləqana gələn "Mersedes" markalı avtomobil qəzaya düşərək yaralanan qadınla bağlı Beyləqan Rayon Mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov açıqlama verib.

Ə.Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, yaralı Zöhrabova Zöhrə Dadaş qızıdır:
"Qadın 1973-cü il təvvəlüdlü, Astara rayonu Marxan kənd sakinidir. Qadın qapalı kəllə-beyin travması alıb, başın əzilməsi, hər iki yuxarı ətrafın əzilməsi yarası ilə reanimasiyada müalicə alır. Vəziyyəti ağırdır.

Qəzada hərbçi Murad Muradovla birlikdə dünyasın dəyişən digər şəxs isə onun qaynıdır. Yaralı Zöhrə Zöhrabova isə hərbçi Murad Muradovun qayınanasıdır".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az