Dəhşətli virus yayıldı: MÜALİCƏSİ YOXDUR

Dəhşətli virus yayıldı: MÜALİCƏSİ YOXDUR

ABŞ-da müalicəsi olmayan, davamlı olduğu bildirilən ölümcül "göbələk" infeksiyası qocalar evləri və xəstəxanalarda yayılmağa başlayıb.

Miq.Az xəbər verir ki,  xəstəxanaya yerləşdirilən xəstələr digər xəstələri də yoluxdurub. Onların təxminən 30 faizinin bir ay ərzində öldüyü bildirilib. 

"Candida auris" adlandırılan göbələk infeksiyası olduqca təhlükəlidir. Qan dövranına, ürəyə və ya beyinə nüfuz etdikdə çox vaxt ölümcül olur. Qızdırma və üşütmə kimi simptomlar müxtəlif müalicələrdən sonra da davam edir.

Qeyd edək ki, ABŞ-ın bəzi bölgələrində göbələk virusuna yoluxma faktları aşkarlansa da, həmin xəstələrin adları açıqlanmayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az