"Bu il də əfvlə bağlı müraciət edən məhbusların sayı kifayət qədər çoxdur”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O qeyd edib ki, komissiyanın üzvü, hüquq müdafiəçisi olduğuna görə, onun özünə də müxtəlif müraciətlər ünvanlanır:
"Bütün müraciətləri komissiyanın rəhbərliyinə yönləndirirəm. Müraciətlərlə bağlı müvafiq arayışlar tam hazır olandan sonra komissiyanın sədri əfvlə bağlı hazırlıq üçün iclaslar çağırır. Hazırda iclaslar çağırılmayıb və yaxın günlərdə də bununla bağlı məlumatlar yoxdur. Əfv sərəncamının verilməsi ölkə başçısının səlahiyyətində olduğundan bununla bağlı ilkin fikir yürütməyimiz düzgün olmaz. İlin sonunda prezident sərəncam imzalayarsa, əfv olacaq”.
Ə. Nuriyev prosedur qaydalarına da toxunaraq vurğulayıb ki, hər bir müraciətə fərdi şəkildə baxılır:
"Bütün məhbusların məlumatlarını fərdi şəkildə incələyirik. Şəxsin identikliyi, cinayətin xarakteri, məhbusun ailə və sağlamlıq vəziyyəti, zərərçəkmişə dəymiş ziyanın ödənilməsi, azadlığa çıxmaq istəyən şəxsin cəmiyyətə təhlükəsiz olub-olmaması və s. kompleks şəkildə nəzərə alınır. Hər hansı şəxsə ayrıseçkilik qoymadan, ətraflı dəyərləndirildikdən sonra komissiya rəhbərliyinə müvafiq siyahı verilir.
Əfv humanizm institutu olaraq Azərbaycanda mütəmadi tətbiq edilir. Bu il də əfv olacağına ümid edirik”.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ