Deputat koronavirusa görə dövlətdən pul alıb?
"Mənim hesabıma ödənilmiş məbləğ (350 manat) 13 mart 2020-ci il tarixinədək ödədiyim vergilərə mütanəsib hesablanıb. Həmin məbləği də cibimə qoymamışam, xeyriyyə məqsədilə xərcləmişəm".
Milli Məclisin deputatı Erkin Qədirli pandemiyaya görə dövlətdən maliyyə yardımı alması xəbəri ilə bağlı məsələ barədə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, AŞPA-da nümayəndə heyətinin üzvü kimi, 2018-2019 illərdə aldığı gəlirlər və ödədiyi vergilər haqqında bəyannaməmi Strasburqa göndərmişəm.
"Məndə maliyyə pozuntusu axtarmaq həvəsində olanlar bilsinlər, pul məsələsində heç zaman əyri bir iş görməmişəm, görmərəm də. Bu cür xəbərləri yayanda da diqqətli olun. "Dəqiqləşdirmək" üçün zəng edib aldığınız məlumatı yaymamaq ən azından qeyri-peşəkarlıqdır".
Qeyd edək ki, ötən gün yeniavaz saytında pandemiyadan zərərçəkməsinə görə 3 deputatın dövlətdən maliyyə yardımı almasıyla bağlı iddia yayılıb. Bunlar Erkin Qədirli, Aqil Abbas və Vüqar Bayramovdur.
Miq.Az