Azərbaycanda dövlət məmurlarının əmək haqqları yüksək deyil.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa AzVision.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət məmurlarının maaşlarını hökumətə təqdim etməsi mümkün deyil:
“Dövlət qulluqçularının maaşlarının bir hissəsinin büdcəyə yatırılması o deməkdir ki, rüşvət almayan dövlət qulluqçularının hamısı da kütləvi şəkildə rüşvət almalıdırlar. Çünki müəyyən dövlət qulluqçuları var ki, onların işləri, evləri, müəyyən obyektləri var. Elələri də var ki, ancaq maaşla dolanırlar. Belə hallar olarsa biz onları kütləvi formada rüşvət almağa təşviq edərik. Çünki maaşlar yetərli səviyyədə deyil. Bazarla müqayisədə ən çox əzilən də elə dövlət qulluqçularıdır. Onların işdən kənarda hansısa bir fəaliyyətlə məşğul olmağa vaxtları yoxdur. Ona görə də mənim fikrimcə, bu absurd bir yanaşmadır. Belə populist yolla nə isə həll etmək olmaz”.
Deputat hesab edir ki, iqtisadi qanunlara uyğun olaraq daha normal və insanlara fayda verəcək yollar tapılmalıdır.
“Çünki bu forma populizmdir. Azərbaycanda buna ehtiyac yoxdur. Belə bir təkliflə bizdə kim çıxış edə bilər ki? İndi mən deyim dövlət qulluçusunun maaşının bir hissəsi büdcəyə yatırılsın? Sonra həmin qulluqçu deməz ki, mən ailəmi nə ilə dolandırım? Nazirlərə də pul lazımıdır. Onların da öz qonaqları, tədbirləri olur. Hökumət daha optimal yollar tapmalıdır”.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev