Rafael Cəbrayılov: «İsa Qəmbər hüquq elmindən kilometrlərlə uzaq bir adamdır»
"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna eləcə də, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər siyasi arenada geniş müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklərə münasibət birmənalı deyil. Belə ki, Müsavat başqanı İsa Qəmbər qanuna edilən dəyişiklikləri Azərbaycan xalqının maraqlarına zidd addım kimi dəyərləndirib və qanun layihəsinin müəllifi olan Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovu hətta bir deputat kimi tanımadığını bildrib. Məsələ ilə bağlı deputat Rafael C/əbrayılovun da mövqeyini öyrənməyi vacib saydıq:
«Əvvəla onu qeyd edim ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin məni tanımamasından heç də təəccüblənmədim. Ondan fərqli olaraq siyasətdə olan bir adam kimi mənim Azərbaycan tarixindəki qara ləkələri tanımamağım düzgün olmazdı. Bütün fəaliyyəti məzmunca qaradan ibarət olan, qaraguruhçu İsa Qəmbər adlı birisini mən tanıyıram. Onun fəaliyyəti özü kimiləri ilə birlikdə Azərbaycan xalqına və dövlətinin yaxın keçmiş tarixində olan qara bir ləkədir.
İsa Qəmbərin sərbəst toplaşmaq azadlığı ilə bağlı qanuna edilən dəyişikliyə münasibətinə gəlincə isə deyə bilərm ki, sərbəst toplaşmaq azadlığı ilə bağlı hazırladığım layihə Azərbaycan parlamenti tərəfindən qəbul olundu və o hüquqi bir sənəddir. İsa Qəmbərin bu sənədi anlamamasını təbii qarşılayıram. Çünki bu şəxs hüquq elmindən kilometrlərlə uzaq bir adamdır. Hüquqdan nə isə anlasaydı, mən onunla istənilən vaxt hüquqi diskusiyaya hazıram».