Deputat: "Təyyarə qəzasının səbəblərinin hansısa ehtimallar üzərində qurmaq düzgün deyil"

Deputat:
Milli Məclisin deputatı Samir Vəliyev Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı müzakirələrdə Ukraynanın günahlandırılmasına münasibət bildirib. 

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, hadisənin baş vermə səbəblərinin hansısa ehtimallar üzərində qurmaq düzgün deyil: "Rəsmi açıqlamanı gözləmək lazımdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Məsələ dövlət başçısının birbaşa şəxsi nəzarətindədir. Cənab Prezident dünən keçirdiyi müşavirədə bildirdi ki, Komissiyanın işi məsələni tam araşdırmaqdır. Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb, Azərbaycan cəmiyyətinə məlumat verməlidir. Müvafiq qurumlar da hadisə ilə bağlı səfərbər olublar. AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində insan tələfatının olması hər birimizi kədərləndirir. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az