Deputat toy və nişan mərasimlərinin keçirilməsindən DANIŞDI

Deputat toy və nişan mərasimlərinin keçirilməsindən DANIŞDI

"Düşünürəm ki, yoluxma sayında davam edən hazırkı müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha bilikli və ehtiyyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər. Əlbəttə ki, yeni qaydalarla birlikdə nəzarət mexanizmlərinin də qurulması şərti ilə".

Miq.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov bildirib.

R.Mahmudov qeyd edib ki,  bu barədə son qərar Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək:

"Ümumiyyətlə hesab edirəm ki, payız aylarından sonra #COVİD19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi fayda yanında, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma bizlər vətəndaş olaraq ehtiyatlı olmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az