Son vaxtlar Azərbaycanda bəzi ərzaq mallarının bahalaşdığı bildirilir. Xüsusilə unun, çayın və başqa bir neçə məhsulun qiymətində artım olduğu vurğulanır.
Paytaxt sakinlərinin deməsinə görə, yaxın vaxtlara qədər "Karmen” MMC-nin məhsulu olan 50 kiloqramlıq bir kisə unu 25 manata alıblar. Amma oktyabrın 12-də onu 28 manata aldıqlarını qeyd edirlər.
Gununsesi.org xatırladır ki, "Karmen” şirkəti deputat Əsabil Qasımova məxsusdur.

Son vaxtlar bəzi növ çayların da Bakıda 20 faiz bahalaşdığı deyilir.
Marketlerdə bunu həmin məhsulların qiymətlərinin topdan satış məntəqələrində artması ilə izah ediblər. Amma məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərin dəyişməsi haqqında son məlumatda isə ucuzlaşmadan bəhs edilirdi. Orada yazılmışdı ki, bu ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz ucuzlaşıb. Qurumun açıqlamasına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.
Müstəqil ekspertlər rəsmi rəqəmlərə şübhə ilə yanaşırlar.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?