Deputatdan şad xəbər: Bundan sonra Qarabağa köçənlər...

Deputatdan şad xəbər: Bundan sonra Qarabağa köçənlər...

Deputat Aqil Abbasın bir neçə gün öncə Milli Məclisin iclasında Xocalıya köçən ailələrə icarəyə torpaq verilməsinə dair təklifi müzakirələrə səbəb olub. Deputatın çıxışından sonra bu mövzuda dəyişiklik olubmu?

Mİq.az xəbər verir ki, Aqil Abbas çıxışından sonra ona arayışın təqdim olunduğunu deyib.

"Yeni qəbul olunan qanun dediklərimi əks etdirir. Bundan sonra hər bir qarabağlı da torpaq icarəyə götürə biləcək. Bu, qanunda da belədir. Qarabağ təkcə qarabağlılar üçün deyil, bütün azərbaycanlılar üçündür. Kimin imkanı varsa, istər ağdamlı, istər xocalılı, istərsə də hər hansı Azərbaycan vətəndaşı investisiya yatıra bilər. Buna heç bir qadağa yoxdur”, – o bildirib. (Globalinfo.az)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az