Deputatdan vətəndaşlara ÇAĞIRIŞ: “Evlərinizi sığortalayın, əks halda...”

Deputatdan vətəndaşlara ÇAĞIRIŞ: “Evlərinizi sığortalayın, əks halda...”

Hazırda oxunan: Deputatdan vətəndaşlara ÇAĞIRIŞ: "Evlərinizi sığortalayın, əks halda...”
"Çox təəssüf ki, təbii fəlakətdən zərər çəkən vətəndaşların bir qisminin evləri, torpaqları sığortasız olur”.

Bizim.Media xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Sığorta olunmadıqda problemlər yaranır, bu da dövlətin üzərinə düşür. Vətəndaşlara çağırış etmək lazımdır, evlərinizi, mülkiyyətinizi sığortalayın ki, hansısa situasiyada daha ağır vəziyyətə düşməyəsiniz”, - deyə millət vəkili qeyd edib.

Komitə sədri Siyavuş Novruzov isə əlavə edib ki, sığorta çox ciddi məsələdir: "Hətta meyvə bağlarının, mal-heyvanın və digərlərinin də sığortalanması vacibdir. Bu, böyük qiymət tələb etmir. Hər gün xəbərlərdə görürük ki, üç ev bir rayonda, iki ev digərində yandı. Əvvəl-axır vətəndaşlar hər biri də dövlətin, bələdiyyənin üzərinə gəlir ki, bərpa işlərinə yardımçı olsun.


Lakin sığorta eləməklə vətəndaş öz problemini həll etmiş olur”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az