Deputatın sərxoş olub polisi döyməsi təsdiqləndi: Araşdırma başlanıldı

Deputatın sərxoş olub polisi döyməsi təsdiqləndi: Araşdırma başlanıldı

Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirib.

Bildirilib ki, insident iyulun 29-da gecə 00:00-dan sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:

"O, karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.

Qeyd edək ki, ötən gün millət vəkilinin sərxoş olub, Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyməsi barədə məlumat yayılıb.(oxu.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az