Dərmanların qiymətində DƏYİŞİKLİK var?

Dərmanların qiymətində DƏYİŞİKLİK var?
Dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlarla əlaqədar bildiririk ki, dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmişdir və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiq edilmiş qiymətlərlə satışdadır.

Tarif Şurasından verilən məlumata görə, digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilmiş qiymətləri isə cari ilin 1 sentyabr tarixindən qüvvəyə minəcəkdir.

1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir.

Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyildir.

Qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilmişdir (keçid: tariff.gov.az/documents/DVA.pdf).

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az