DİN-dən ƏMƏLİYYAT - Qardaşlar saxlanıldı

DİN-dən ƏMƏLİYYAT - Qardaşlar saxlanıldı

Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Bəybalalar kəndində yaşayan Vüsal Ağayev və qardaşı Asif saxlanılıblar.

Bu barədə Miq.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, V.Ağayevin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 374 ədəd, qardaşı Asifin həyətyanı sahəsindən isə 111 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az