Dinc azərbaycanlılara qarşı ERMƏNİ VƏHŞİLİYİ FOTOLARDA

Dinc azərbaycanlılara qarşı ERMƏNİ VƏHŞİLİYİ FOTOLARDA
Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
***
Ermənistan tərəfinin təxribatı nəticəsində həlak olan 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının yeni fotoları yayılıb.
Miq.az 2 yaşlı Zəhranın ürək parçalayan fotolarını haqqın.az-a istinadən təqdim edir:
Fotolar Füzuli rayon məhkəmə-tibbi ekspertizasından əldə edilib.





















İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az