DİQQƏT! Ermənilər Qarabağdan qaçır

DİQQƏT! Ermənilər Qarabağdan qaçır
Qondarma "Dağlıq Qarabağ Respublikası”nın "baş naziri” Araik Aratunyan aprel döyüşləri ilə bağlı erməni KİV-lərinə müsahibə verib.

Araik Aratunyan bildirib ki, hələ aprel ayından öncə qoşunların təmas xəttində aktivliyin olacağı gözlənilirdi:

"Əgər biz 2014-cü ilin avqust, 2015-ci il və 2016-cı ilin ilk rübünü xatırlasaq, görərik ki, münaqişə bölgəsində toqquşmalar olub. Ona görə də biz anlamalıyıq ki, atəşkəs müvəqqətidir. Təmas xəttində atəşin azalması o anlama gəlmir ki, həmişə belə olacaq. Biz ordu hazırlığına diqqət ayırmalıyıq”.

Aratunyan aprel döyüşlərindən sonra Talış kəndində yaşayan ermənilərin Qarabağ ərazini tərk etdiyini etiraf edib: "Talış kəndinin sakinləri Ermənistan və ya digər ölkələrə köçüblər. Talış kəndində əvvəllər 500-ə qədər erməni yaşayıb. Madagiz kəndinin sakinləri də yaşadıqları ərazini tərk ediblər. Aprel döyüşlərindən sonra bir çox kəndlərin sakinləri də Qarabağdan gediblər”./azvision/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az