Direktor tərəfindən təhqir olunan şagird intihara cəhd etdi - DİN-dən açıqlama

Direktor tərəfindən təhqir olunan şagird intihara cəhd etdi - DİN-dən açıqlama
Nəsimi rayonu, 159 saylı orta məktəbin altıncı sinif şagirdinin məktəbdə intihara cəhd etməsi barədə məlumat yayılıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə edilən paylaşımda şagirdin məktəbin direktoru tərəfindən təhqir edildiyi üçün intihar etmək istədiyi deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti qeyd olunan məlumatın polis əməkdaşları tərəfindən yoxlanıldığını, şərti adı A.A. olan şagirdin müəllimlərinin və valideynlərinin məlumatı təsdiq etmədiyini bildirib.

Qeyd olunub ki, şagird hazırda dərsdədir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az